Polşa öz ordusunun sayını artırır - Keçilməz sədd yaradılacaq
Polşa Silahlı Qüvvələri altı diviziyadan (hazırda dörddür - red.) və 300 min hərbçidən ibarət olmalıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib.
Onun sözlərinə görə, geosiyasi vəziyyət sürətlə dəyişir və ordu yeni çağırışlara tez cavab verməlidir. "Amma əsaslar məlumdur: ordu - ən azı 300 min nəfər, Ərazi Müdafiə Qoşunlarının 50 min əsgəri, 1 min K2 tankı və 366 "Abrams" tankı var. Altı diviziya, onlardan dördü artıq var", - Blaşçak bildirib.
Onun sözlərinə görə, 16 və 18-ci diviziyaların inkişafına xüsusi diqqət yetirilir. "General Tadeuş Buk adına 18-ci mexanikləşdirilmiş diviziya Brest qapılarını müdafiə edəcək. Bu, onun əsas vəzifəsidir. Buna görə də o, "Abrams" tanklarını alacaq. Bu, keçilməz sədd olacaq".
Qeyd edilib ki, 2022-ci ildə Polşa Cənubi Koreyadan 980 tank almaq üçün müqavilə imzalayıb. İlk mərhələdə 120 ədəd K2 tankı gətiriləcək. Onların hamısı logistika və təlim paketləri ilə birlikdə 2025-ci ilə qədər Polşaya gəlməlidir. Cənubi Koreyalı tərəfdaşlarla sövdələşmənin ikinci mərhələsi müqaviləyə əsasən qalan avadanlıqların Polşa ərazisində yığılmasını nəzərdə tutur. 2026-cı ildən sonra Poznanda 800 K2 tankı istehsal edilməlidir.
Polşa ABŞ ilə 250 "Abrams" tankı almağa da razılaşıb. Varşava daha sonra ABŞ-dan daha 116 işlənmiş "Abrams" alıb. İlk 58 tank bu il gətiriləcək.
Turan İSMAYIL