Şanlıurfada binanın çökmə anı kameraya düşdü - VİDEO

 13:26 06.02.2023     323

Episentri Kahramanmaraş olan 7,4 bal gücündə zəlzələdən sonra Şanlıurfada dağılmış binalarda dağıntıların təmizlənməsi işləri davam edir.

Redaktor.az “Hürriyət”ə istinadla xəbər verir ki, digər tərəfdən Şanlıurfada zəlzələ zamanı bir binanın çökmə anı cib telefonu ilə qeydə alınıb.

Qeyd olunur ki, Şanlıurfada zəlzələdən sonra 19 binanın dağıldığı, 18 vətəndaşın həyatını itirdiyi, 77 nəfərin yaralandığı bildirilib.

Həmidə İbrahimova