"Zəlzələ xəbərindən kədərləndim" - Paşinyan Türkiyəyə yardım təklif etdi

 13:45 06.02.2023     343

Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyə və Suriyaya kömək etməyə hazırdır.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tviter hesabında bildirib.

"Türkiyə və Suriyada çoxlu sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərindən kədərləndim. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır" - Paşinyan yazıb.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş vilayətində saat 04.17-də 7,4 bal gücündə zəlzələ baş verib və bir sıra şəhərlərdə dağıntılara səbəb olub. Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ qurbanları ilə bağlı son məlumatı açıqlayıb: 284 nəfər ölüb, 2383 nəfər yaralanıb.

Suriyanın bir sıra bölgələrində də ciddi dağıntılar qeydə alınıb, zəlzələ Livanın paytaxtı Beyrutda da hiss olunub. Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 237 nəfər zəlzələnin qurbanı olub, 639 nəfər xəsarət alıb.

Turan İSMAYIL