ABŞ Suriyada kürd separatizmini hər cür təşviq edərək odla oynayır - Lavrovdan AÇIQLAMA
ABŞ odla oynamağa və Suriya Ərəb Respublikasında kürd separatizmini hər cür təşviq etməyə davam edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bağdadda İraqın xarici işlər naziri Fuad Hüseynlə danışıqlarının yekunları üzrə deyib.
"Bizim əməkdaşlığın çox mühüm aspekti var - bu, Suriya nizamlanmasına yardımdır. Bağdadda dördtərəfli informasiya mərkəzi fəaliyyət göstərir və bu, qonşu Suriya Ərəb Respublikasında terror ocaqlarının məhv edilməsi səylərində öz aktuallığını sübut edib. İraqda kürdlər əhalinin əksəriyyətini təşkil edir və təəssüf ki, amerikalı həmkarlarımız kürd separatizmini hər cür təşviq edərək odla oynamağa davam edirlər”, - Rusiya XİN rəhbəri bildirib.
Lavrov vurğulayıb ki, Amerika tərəfi təkcə Suriyanın ərazi bütövlüyünə deyil, həm də ABŞ-ın bu cür “flört”ünün regionun kürd əhalisi olan digər ölkələri üçün yaratdığı risklərə məhəl qoymur.
Turan İSMAYIL