Peskov Çin şarından danışmaq istəmədi
Kreml Çin şarı ilə bağlı insidenti şərh etməyəcək, bu, Çin və ABŞ arasında ikitərəfli münasibətlər məsələsidir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Düzünü desəm, bunu etmək istəməzdik. Şar, görünür, Çinindir. O, ABŞ hava məkanında uçub. Bu, yəqin ki, ikitərəfli Çin-Amerika münasibətləri üçün daha çox məsələdir, ona görə də bu barədə şərh verməyəcəyik" - Peskov hadisə ilə bağlı şərh sorğusuna cavab verərkən deyib.
Redaktor.az xatırladır ki, fevralın 3-nə keçən gecə ABŞ üzərində nəhəng şar görünüb. Daha sonra Pentaqon bildirib ki, bu, ehtimal ki, Çinin kəşfiyya aparatdır, lakin əhali üçün təhlükə yaratmır və qiymətli məlumatların sızmasının qarşısını almaq üçün operativ şəkildə bütün lazımi tədbirlər görülüb.
Əvvəlcə hərbçilər təhlükəsizlik baxımından təyyarəni vurmağı planlaşdırmırdılar. Buna baxmayaraq, elə ertəsi gün şardan qurtulmaq qərarı verildi. Dövlət başçısı Co bayden bu təşəbbüsü şəxsən bəyənib. Şar Şərq Sahilində vurulub. Hadisə şahidlərinin sözlərinə görə, o, adi bir şar kimi partlayıb.
Pentaqonun məlumatına görə, Çin kəşfiyyat şarı mühüm obyektlərin, o cümlədən gizli hərbi müəssisələrin üzərindən uça bilib.
Turan İSMAYIL