Ərdoğandan zəlzələ açıqlaması: "2818 bina dağılıb"
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 912-yə yüksəlib, 5,3 mindən çox yaralı var.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı efirdə çıxışı zamanı bildirib.
"Son məlumatlara görə, zəlzələnin gücü 7,7 bal təşkil edib. Bu, Türkiyədə 1939-cu ildən bəri baş verən ən böyük təbii fəlakətdir. Ölənlərin sayı 912 nəfər olub, 5385 vətəndaş xəsarət alıb. 2818 bina dağılıb", - prezident bildirib.
Onun sözlərinə görə, bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam edir.
Turan İSMAYIL