Şoyqu Akara zəng etdi - yardım təklif etdi

 15:16 06.02.2023     731

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefon danışığı aparıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu il fevralın 6-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Türkiyə Respublikasının Müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb. Sergey Şoyqu Hulusi Akara zəlzələ nəticəsində Türkiyə Respublikasında baş verən çoxsaylı insan tələfatı və dağıntı ilə əlaqədar olaraq başsağlığı verib”, - nazirlikdən bildirilib.

Qeyd olunub ki, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Şoyqu Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında hərbi idarə vasitəsilə Türkiyə Respublikasının müdafiə nazirinə kömək təklif edib. "Rusiya Müdafiə Nazirliyinin rəhbəri zəlzələdən sonra türk həmkarına hərbi idarə vasitəsilə bütün lazımi yardımı, o cümlədən zərərçəkənlərə tibbi yardım göstərməyi təklif edib", - məlumatda deyilir.

Öz növbəsində Türkiyənin müdafiə naziri Rusiya Müdafiə Nazirliyinin rəhbərinə təklif edilən yardıma görə təşəkkür edib, yaxın vaxtlarda konkret təkliflər hazırlayacağını vəd edib.

Turan İSMAYIL