Putin Rəşid Nurqaliyevin vəzifəsini böyütdü

 15:50 06.02.2023     390

Rusiya Prezidenti Vladimir Putin Rəşid Nurqaliyevi Rusiya Federasiyası Təhlükəsizlik Şurası (TŞ) katibinin birinci müavini təyin edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, müvafiq sərəncam bu gün rəsmi hüquqi informasiya portalında dərc edilib.

Bundan əlavə, başqa bir sərəncamla Aleksey Şevtsov Təhlükəsizlik Şurası katibinin yeni müavini təyin edilib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsini Nikolay Patruşev tutur. Əvvəllər onun birinci müavini Yuri Averyanov olub - fevralın 1-də o, bu vəzifədən azad edilib və "Vahid Rusiya"nın sədri Dmitri Medvedevin köməkçisi olub.

Qeyd edək ki, Nurqaliyev Təhlükəsizlik Şurası katibinin digər müavinləri arasında olub. O, 2012-ci ildən bu vəzifədədir. Rəşid Nurqaliyev 2004-cü ildən o vaxta qədər Rusiya Federasiyasının daxili işlər naziri olub.

Turan İSMAYIL