Putin Ərdoğana zəng edəcək

 17:29 06.02.2023     215

RusiyaPprezidenti Vladimir Putin fevralın 6-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apararaq, irimiqyaslı zəlzələdən zərər çəkmiş respublikaya yardımın göstərilməsini müzakirə edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Putinlə Suriya Prezidenti Bəşər Əsədin telefon danışığından sonra məlumat verib.

"Rusiya tərəfi də müvafiq kanallar vasitəsilə bu irimiqyaslı zəlzələdən xeyli zərər çəkən Türkiyə rəhbərliyinə təcili yardım göstərməyə hazır olduğunu bildirib. Vladimir Putin bu gün bu məsələ ilə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacaq", - prezidentin mətbuat xidmətinin bəyanatında deyilir.

Turan İSMAYIL