Türkiyəli nazirin zəlzələ zamanı yaşadığı qorxulu anlar - VİDEO
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun zəlzələ baş verən zaman videogörüntüləri yayımlanıb.
Redaktor.az "Habe Global"a istinadla bildirir ki, Adıyaman şəhərində koordinasiya işləri ilə məşğul olan Adil Karaismailoğlunun mətbuat konfransına bir neçə dəqiqə qalmış 7,6 bal gücündə yeni zəlzələ baş verib.
Şiddətli silkələnmə davam etdiyi müddətdə nazir masanın altına keçərək qorunmağa çalışıb.
Görüntülərdən nazirin bərkdən dua etdiyi əks olunub.
Daha sonra köməkçilərinin yardımı ilə konfransın keçiriləcəyi zaldan uzaqlaşdırılıb.