Türkiyə İlon Maskın yardım təklifini rədd etdi
Türkiyə hökuməti amerikalı sahibkar İlon Maskın ölkəyə zəlzələdən sonra yardım üçün "Starlink" peyk rabitə sistemlərini bağışlamaq təklifindən imtina edib.
Redaktor.az "Bloomberg"ə istinadla xəbər verir ki, Mask daha əvvəl Tviter hesabında yazıb ki, onun" SpaceX" şirkəti rəsmi Ankaradan icazə alan kimi "Starlink" peyk rabitə sistemlərini Türkiyəyə göndərməyə hazırdır.
Agentliyin məlumatına görə, türk rəsmisi adının açıqlanmaması şərti ilə Maska təşəkkür edib, lakin respublikanın kifayət qədər peyk tutumuna malik olduğunu bildirib. O əlavə edib ki, ölkədə akkumulyatorla işləyən baza stansiyaları var, lakin bəzi ərazilər elektrik enerjisini ala bilmir.
Qeyd edək ki, bu gün Türkiyənin Kahramanmaraş vilayətində dağıdıcı zəlzələ baş verib. Zəlzələ nəticəsində son məlumatlara görə, ölənlərin sayı 1121 nəfərə çatıb, 7634 nəfər isə yaralanıb.
Turan İSMAYIL