Ərdoğan Putinin yardım təklifini qəbul etdi

 18:42 06.02.2023     388

Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Redaktor.az "kremlin.ru"ya istinadla xəbər verir ki, Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələlərlə bağlı dərin hüznlə başsağlığı verən Vladimir Putin bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün türk tərəfdaşlarına dərhal lazımi yardım göstərməyə hazır olduğunu təsdiqləyib. Artıq müvafiq kanallar vasitəsilə Türkiyə tərəfinə konkret təkliflər verilib.

Türkiyə prezidenti Vladimir Putinə belə operativ və səmimi reaksiyaya görə ürəkdən təşəkkür edib və ölkənin səlahiyyətli idarələrinə rus xilasedicilərinin köməyini qəbul etməyi tapşırdığını bildirib.

Turan İSMAYIL