Lukaşenko xüsusi təyinatlıları Türkiyəyə göndərir

 20:23 06.02.2023     312

Belarus Fövqəladə Hallar Nazirliyinin “Zubr” xüsusi təyinatlı dəstəsini zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Türkiyəyə göndərəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin xilasetmə idarəsi məlumat yayıb.

Dağılmış binalarda axtarış-xilasetmə işlərinin aparılması üçün BMT-nin beynəlxalq standartlarına uyğun sertifikatlaşdırılmış Fövqəladə Hallar Nazirliyinin “Zubr” respublika xüsusi təyinatlı dəstəsi Türkiyəyə göndəriləcək”, - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, bu gün səhər Belarus Prezidenti Aleksandr Lukaşenko Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vadim Sinyavskini hesabatla qəbul edib, ona Türkiyəyə xilasedici dəstə göndərmək və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə humanitar yardım yükünün göndərilməsi variantını hazırlamaq tapşırılıb.

Turan İSMAYIL