“ABŞ zəlzələ ilə əlaqədar Türkiyəyə yardım etməyə başladı” - Blinken

 21:33 06.02.2023     257

ABŞ administrasiyası Türkiyədə baş verən və qonşu Suriyaya da ciddi təsir edən zəlzələ ilə bağlı yardım göstərməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“Türkiyəyə ilkin yardım səylərimiz həyata keçirilir, Suriyada ABŞ-ın dəstəklədiyi humanitar təşkilatlar isə ölkə daxilində zəlzələnin fəsadlarına reaksiya verir. Önümüzdəki günlərdə, həftələrdə, aylarda zəlzələdən zərər çəkənlərə kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - o deyib.

Dövlət katibi ABŞ-ın hərtərəfli cavab imkanlarını qiymətləndirdiyini söyləyib. E.Blinken qeyd edib ki, regionun nəyə ehtiyacı olduğunu müəyyən etmək üçün köməkçilərinə türkiyəli müttəfiqlər, eləcə də humanitar təşkilatları təmsil edən tərəfdaşlarla daimi əlaqədə qalmağı tapşırıb.