Zəlzələdə yaralananlar gəmi ilə təxliyə ediləcək

 22:31 06.02.2023     366

İskenderun gəmisi ilə Antakyadakı yaralılar Mərsinə təxliyə ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, hazırda xəstəxanalarda yaralılara yardım göstərmək imkanı məhdud olduğundan bu addım atılacaq.