Gürcüstan Türkiyəyə axtarış-xilasetmə qrupu göndərdi
Gürcüstan hökuməti Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalanların xilas edilməsinə dəstək olmaq üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.
Redaktor.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, 60 nəfərdən ibarət axtarış-xilasetmə qrupu artıq yola düşüb.
Açıqlamada o da bildirilib ki, təlim keçmiş itlər və müvafiq avadanlıqlar komanda ilə birlikdə Türkiyəyə göndərilib.