Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşdı

 23:15 06.02.2023     295

Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşıb.

Redaktor.az xəbər verir ki, o, özünün tviter hesabında fotosunu paylaşaraq yazıb:

"Nyu-Yorkda çəkilən bu şəkil çox dramatik və ağır olsa da əslində olan nədirsə elə odur".

Qeyd edək ki, bu il avqustun 12-də Salman Rüşdi Nyu-Yorkda Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Salman Rüşdi tədbirlərin birində məruzə söyləyərkən 24 yaşlı Nyu-Cersi sakini Hadi Matar əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Hadi Matar saxlanılıb, o, sui-qəsdə cəhddə ittiham olunur.

Yazıçıya hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.