Polşa və Estoniya liderləri Türkiyəyə yardım etdilər

 23:58 06.02.2023     362

Polşa Prezidenti Anjey Duda Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə Duda tviterdə paylaşım edib.

Polşa dövlət başçısı Türkiyəyə dəstək verməyə hazır olduqlarını vurğulayıb. Varşava artıq Türkiyəyə dəstək üçün 76 mütəxəssis yanğınsöndürən və 8 axtarış-xilasetmə iti göndərib.

Estoniyanın Baş naziri Kaya Kallas da ölkəsinin axtarış-xilasetmə və tibbi qruplarının Türkiyəyə kömək üçün hazır olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.