Türkiyənin daha bir şəhərində zəlzələ oldu

 09:11 07.02.2023     568

Türkiyənin daha bir bölgəsində zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri yerli vaxtla saat 06:13-də Adıyaman şəhərinin Gölbaşı rayonu olub.

Yeraltı təkanların gücü 5,3 bal olub.

Zəlzələ yerin 8,13 kilometr dərinliyində baş verib.

Zəlzələnin nəticəsi barədə məlumat verilməyib.