Çin Türkiyəyə humanitar yardım ayıracaq

 09:39 07.02.2023     291

Çin hökuməti zəlzələnin nəticələri və xilasetmə işləri üçün Türkiyəyə 40 milyon yuan (təxminən 5,9 milyon dollar) məbləğində təcili humanitar yardım ayıracaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Materialda qeyd edilir ki, Çin hakimiyyəti təcili humanitar yardımın göstərilməsi mexanizmini dərhal işə salıb və Suriya və Türkiyəyə təcili humanitar yardım göstərmək qərarına gəlib.

Qeyd edilib ki, təcili yardımın ilk partiyası Türkiyəyə 40 milyon yuan (indiki məzənnə ilə təxminən 5,9 milyon dollar) məbləğində ayrılacaq. Bu, zərər çəkmiş ərazilərə xilasetmə və tibbi qrupların göndərilməsini, eləcə də zərərçəkənlərə kömək üçün maddi resursların təmin edilməsini əhatə edəcək.

Hesabatda Çin Qızıl Xaç Cəmiyyətinin də Suriya və Türkiyəyə müvafiq olaraq 200 min dollar ayıracağı qeyd edilib.

Turan İSMAYIL