ABŞ prezidenti Ərdoğana zəng etdi

 09:55 07.02.2023     278

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, Bayden Türkiyədə baş vermiş zəlzələdən dolayı həyatını itirənlərlə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Həmidə İbrahimova