Zəlzələdən 28 saat sonra 4 nəfər xilas edildi

 10:21 07.02.2023     338

Türkiyədə baş verən zəlzələdə Qaziantepin Nizip rayonunda dağıntılar altından 28 saat sonra yaralı bir ana və 3 uşağı çıxarılıb.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, onlar xəstəxanaya yerləşdiriliblər.

Dağıntılar altında qalanların xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 2921 nəfərə çatıb, 15 384 nəfər isə yaralanıb.

Həmidə İbrahimova