Ohanyan həbs olunacaq

 10:06 07.02.2023     245

Ermənistan parlamenti bu gün “Hayastan” müxalifət fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanması ilə bağlı baş prokurorun vəsatətinə baxacaq.

Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentə göndərilən üç petisiyadan birinin mətni məxfidir, hətta Ohanyan da onunla tanış deyil, çünki onun məxfi sənədlərə çıxışı yoxdur.

Digər iki petisiyada Ohanyanın nazir olduğu dövrdə (2008-2016) qeydə alınan qanun pozuntuları sadalanır: vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda israfçılıq, mənimsəmə və s.

Ermənistanda Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum ediləcəyi, daha sonra onun həbs olunacağından danışırlar.

Qeyd edək ki, müxalifət parlamentin bugünkü iclasını boykot edib (modern.az)