Bayden F-16 qırıcılarını Ukraynaya göndərmək istəmir
ABŞ Prezidenti Co Bayden F-16 qırıcılarını Ukraynaya göndərmək istəmədiyini, çünki döyüş təyyarələrinin Amerika Birləşmiş Ştatlarında qalmalı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu, onun fevralın 6-da jurnalistlərlə söhbətinin stenoqramından məlum olub.
“Çünki biz onları burada qoymalıyıq. Bu, tamamilə fərqli bir vəziyyətdir" - deyə Amerika liderinin sözləri Ağ Evin saytında sitat gətirilir.
Qeyd edək ki, hələ yanvarın 30-da Bayden demişdi ki, onun administrasiyası hazırda Kiyevə F-16 qırıcıları tədarük etmək niyyətində deyil.
Turan İSMAYIL