Rusiya-Ukrayna müharibəsində bir ilk yaşandı - Bir gündə 1000-dən çox işğalçı MƏHV EDİLDİ

 10:23 07.02.2023     396

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 133190 (+ 1030) nəfər canlı qüvvəsi, 3245 (+14) tank, 6443 (+28) ədəd zirehli döyüş maşını, 2232 (+1) ədəd artileriya sistemi, 461 (+0) reaktiv yaylım atəşi sistemi, 227 (+0) hava hücumundan müdafiə sistemi, 294 (+0) təyyarə, 284 (+0) helikopter, 1958 (+0) PUA, 796 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5107 (+3) avtomobil texnikası və avtosistern, 208 (+5) xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiyanın Ukraynada başladığı işğalçılıq müharibəsində ilk dəfədir ki, rus işğalçıları 1000-dən çox itki verirlər.

Turan İSMAYIL

2