Paşinyan Makronla Laçın dəhlizini müzakirə etdi

 10:43 07.02.2023     238

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Redaktor.az "armenpress"ə istinadla xəbər verir ki, ötən gün baş verən telefon söhbətində Laçın dəhlizi ilə bağlı yaranmış vəziyyət müzakirə edilib.

"Emmanuel Makron Laçın dəhlizinin rahat işləməsinin vacibliyini vurğulayıb və Fransanın bu problemin həllinə töhfə verməyə davam etməyə hazır olduğunu vurğulayıb.

Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin qorunması, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar" - məlumatda deyilir.

Turan İSMAYIL