Şahbaz Şərif dəstək üçün Türkiyəyə gedir
Pakistanın Baş naziri Şahbaz Şərif sabah dəstək məqsədilə Türkiyəyə səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Marriyum Auranqzeb bildirib.
O, Şahbaz Şərifin başsağlığı vermək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və Türkiyə xalqı ilə həmrəyliyini ifadə etmək məqsədilə sabah Ankaraya səfər edəcəyini bildirib.
Qeyd edək ki, Pakistan zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyəyə iki axtarış-xilasetmə qrupu göndərib (CNN).