Ukraynanın yeni daxili işlər naziri bu şəxs olacaq
Ukrayna Ali Radasının Hüquq-mühafizə məsələləri üzrə komitəsi parlamentə İqor Klimenkonu daxili işlər naziri vəzifəsinə təyin etməyi tövsiyə edib.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə xalq deputatı Aleksey Qonçarenko bildirib.
"Hüquq-mühafizə komitəsi Ali Radaya İqor Klimenkonu daxili işlər naziri vəzifəsinə təyin etməyi tövsiyə edib", - o, Teleqramda yazıb.
Xatırladaq ki, İqor Klimenko hazırda müvəqqəti olaraq daxili işlər naziri vəzifəsini icra edir. Bu, Daxili İşlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Denis Monastırski Brovaridə helikopter qəzası nəticəsində həlak olduqdan sonra baş verib.
Əlavə edək ki, dünən baş nazir Denis Şmıxal Ali Radaya İqor Klimenkonun Daxili İşlər Nazirliyinin rəhbəri təyin edilməsi təklifini təqdim edib.
Qeyd edilib ki, parlament yaxın vaxtlarda Klimenkonu daxili işlər naziri təyin edə bilər.
Turan İSMAYIL