Klimenko Ukraynanın yeni daxili işlər naziri oldu
İqor Klimenko Ukrananın yeni daxili işlər naziri oldu. Onun bu gün təyin edilməsi barədə qərar Ali Radanın iclasında qəbul edilib.
Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinad edir.
Daxili İşlər Nazirliyinin yeni təyin olunmuş rəhbərini baş nazir Denis Şmıqal təmsil edib.
Klimenkonun təyin edilməsinə 321 xalq deputatı səs verib.
Qeyd edək ki, İqor Vladimiroviç Klimenko 1972-ci ildə Kiyevdə anadan olub. 1994-cü ildə Xarkov Hərbi Universitetini bitirdikdən sonra Klimenko orduda xidmət etmək üçün yola düşüb. 2013-cü ildə psixologiya üzrə namizədlik, 2019-cu ildə doktorluq dissertasiyası müdafiə edib.
Klimenkonun daxili işlər orqanlarında xidməti 1998-ci ildə başlayıb. O, ilk yüksək vəzifəsini 2015-ci ildə Ukrayna Milli Polisinin İnsan Resursları Departamentinə rəhbərlik edərək tutub.
İki il sonra Klimenko bu idarənin rəis müavini təyin edilib, 2019-cu ildə isə Ukrayna Milli Polisinin rəhbəri olub.
2023-cü ilin əvvəlində, yanvarın 18-də Brovarıda dəhşətli faciə baş verdi. Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri düz şəhərin yaşayış massivlərindən birinə düşüb. Qəza nəticəsində 14 nəfər, o cümlədən bir uşaq və Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub.
Nazirliyin rəhbər şəxsləri arasında nazir, nazirin birinci müavini və Daxili İşlər Nazirliyinin dövlət katibi həlak olub.
Səbəbləri bu günə qədər araşdırılan faciə ilə əlaqədar hökumət Milli Polisin rəhbəri İqor Klimenkonu daxili işlər nazirinin müavini təyin edib və ona Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini həvalə edib.
Xatırladaq ki, bir qədər əvvəl Klimenko Brovarıdakı faciənin səbəblərini tez bir zamanda müəyyənləşdirəcəyini vəd etmişdi.
Turan İSMAYIL