Rusiyanın daha bir hücum təyyarəsi MƏHV EDİLDİ
Ukrayna sərhədçiləri baxmut üzərində Rusiyanın Su-25 döyüş təyyarəsini vurub. Təyyarə raket zərbəsi nəticəsində alovlanıb və qəzaya uğrayıb, pilotun taleyi hələlik məlum deyil.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bununla da müharibə başlayandan indiyədək məhv edilən Rusiya hərbi təyyarələrinin sayı 295-ə yüksəlib.
Xatırladaq ki, bu yaxınlarda Donetsk vilayətində Ukrayna Milli Qvardiyasının hərbçiləri Rusiyanın Su-25 hücum təyyarəsini məhv ediblər.
Turan İSMAYIL