Suriyada da zəlzələdə ölənlərin sayı artdı

 15:15 07.02.2023     298

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1500-ü keçib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən dərc edilib.

"Ən son məlumatlara görə, Hələb, Latakiya və Həmada 175 binanın uçub, 1509 nəfər ölüb və 3548 yaralı var",- deyə IFRC-nin hesabatında  vurğulanıb ki, göstəricilər yaxın 24 saat ərzində kəskin şəkildə artacaq.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Tunar Altunbay