Ukraynada rus işğalçıları belə məhv edildi - VİDEO

 18:31 07.02.2023     380

Ukrayna sərhədçiləri ölkə ərazisini rus işğalçılarından işğalçılardan təmizləməkdə davam edir. Kamikadze pilotsuz uçan aparatın (PUA) köməyi ilə həm Rusiya hərbçilərini, həm də onların texnikasını sıradan çıxarırlar.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

"Dövlət Sərhəd Xidmətinin hava kəşfiyyatı zamanı düşmənin canlı qüvvəsi və zirehli texnikasının cəmləşdiyi aşkar edilib. Kamikadze pilotsuz uçan aparatı və artilleriya qurğusu göstərilən hədəflər üzərində dəqiq işləyib", - xidmətdən bildirilib.

Rus işğalçılarının xeyli itki verdiyi qeyd edilir.

Turan İSMAYIL