Paşinyan Ərdoğana ZƏNG ETDİ

 22:14 07.02.2023     321

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Redaktor.az news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir ölkənin cənub-şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib və dəstək sözlərini bildirib", - məlumatda deyilir.

Nikol Paşinyan bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb və əlavə edib ki, Ermənistan Respublikasının xilasedici qüvvələrini daşıyan təyyarə İrəvan Zvartnots hava limanından fəlakət zonasına uçmağa hazırlaşır.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş nazirinə köməyə görə təşəkkür edib və Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edərək, bu addımın iki ölkə arasında dialoqun daha da dərinləşdirilməsi kontekstində də vacibliyini vurğulayıb.

İltifat HACIXANOĞLU