49 saat dağıntı altında qalan müəllim sağ çıxarıldı

 10:11 08.02.2023     283

Türkiyənin Hatay bölgəsində baş vermiş dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışlar zamanı 49 saat uçqun altında qalan şəxs xilas edilib.

İxtisasca müəllim olan vətəndaşın sağ çıxarılması ətrafdakı insanlar tərəfindən alqışlarla qarşılanıb. 
O, müayinə üçün xəstəxanaya aparılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.