"Ukrayna böhranını həll etmək üçün mənə cəmi 24 saat lazımdır" - Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir daha iddia edib ki, Ukrayna böhranını həll etmək üçün ona cəmi 24 saat lazımdır.
Redaktor.az xəbər verir ki, bu barədə o, Baydenin çıxışını şərh edərkən deyib.
"Mən prezident olsaydım, Rusiya və Ukrayna iarasında müharibə olmazdı. Mən bunu 24 saata bitirə bilərdim " - o, çərşənbə axşamı özünün "Truth" social sosial şəbəkəsində Amerika lideri Co Baydenin Nümayəndələr Palatası və Konqres Senatı qarşısında çıxışını şərh edərkən yazıb.
Turan Altunbay