Aİ-nin Türkiyəyə göndərdiyi xilasedicilərinin sayı açıqlandı
Avropa İttifaqına (Aİ) üzv ölkələrdən Türkiyəyə göndərilən axtarış-xilasetmə qruplarının sayı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım departamenti məlumat yayıb.
Bildirilib ki, indiyə qədər 20 Aİ ölkəsi (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Estoniya, Fransa, Yunanıstan, Almaniya, Macarıstan, İtaliya, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya) və digər üç ölkə Albaniya, Monteneqro və Serbiya Türkiyəyə 29 axtarış-xilasetmə və 5 tibbi qrup təklif edib.
"Ümumilikdə, orada insanların həyatını xilas etmək üçün 1 485 xilasedici və 100 axtarış iti səfərbər edilib", - məlumatda qeyd olunub.