Türkiyədə futbol klubunun baş məşçisi zəlzələdə həlak oldu

 13:53 08.02.2023     222

"İskendurunspor" futbol komandasının məşqçisi İbrahim Halil Ölmez Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı məlumat yayıb.

Mütəxəssis 39 yaşında dünyasını dəyişib.

"İskendurunspor" Türkiyə 2-ci Liqasında mübarizə aparır.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.