Zelenski Britaniyaya getdi

 15:04 08.02.2023     217

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə BBC-yə istinadən xəbər verir.

Prezidentin olduğu Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə "Stansted" hava limanına enib. Hava limanında onu baş nazir Rişi Sunak qarşılayıb.

"Sky News" isə xəbər verir ki, Zelenski baş nazir Rişi Sunak ilə danışıqlar üçün Dauninq-stritə gedəcək və daha sonra yerli vaxtla saat 13:00-da parlamentdə çıxış edəcək.

Bukingem Sarayı da təsdiqləyib ki, Kral III Çarlz bu gün günortadan sonra kral iqamətgahında Zelenski ilə görüş keçirəcək.

Bundan əvvəl KİV Zelenskinin fevralın 9-u və 10-da Brüsseldə keçirilməsi planlaşdırılan Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçılarının sammitində iştirak edəcəyi barədə məlumat yayıb. “The Guardian” yazıb ki, prezidentin Brüsselə səfəri ilə bağlı məlumatların sızması səbəbindən Aİ-də münaqişə yaranıb.

Turan İSMAYIL