Sunak qələbəyə qədər Ukraynanı dəstəkləyəcəyinə söz verdi
Rusiya Prezidenti Vladimir Putinin “təcavüz”ünün məğlubiyyəti təmin olunana qədər Britaniya Ukraynanı dəstəkləyəcək.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna lideri Volodimir Zelenskinin Londona səfəri zamanı deyib.
Sunak Britaniyanın Ukraynanı sonadək dəstəkləyəcəyinə söz verib. O, həmçinin Londonun Ukraynanın NATO-dakı aparıcı Avropa müttəfiqi olması ilə razılaşıb.
“The Telegraph” yazır ki, Sunak həmçinin qeyd edib ki, Britaniya bu il müharibədə qələbəsini təmin etmək üçün Ukraynaya dəstək verir.
"Vladimir Putinin təcavüzü heç bir halda uğurlu sayıla bilməz və buna görə də biz Ukraynaya hərbi dəstəyimizi sürətləndirmiş və artırmışıq", - Britaniyanın baş naziri deyib.
Xatırladaq ki, prezident Volodimir Zelenski fevralın 8-də Böyük Britaniyaya səfər edib. Səfər zamanı o, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kral III Çarlzla görüşəcək, həmçinin bu ölkənin parlamentində çıxış edəcək.
Turan ASLAN