"Rus işğalçısına son dərəcə zərərli olan şeylər Ukraynaya uçacaq" - Kuleba Britaniyadan elan etdi

 17:12 08.02.2023     354

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Prezident Volodimir Zelenskinin Böyük Britaniyaya səfərini Ukrayna liderinin dövlətin hərbi potensialını gücləndirmək niyyəti ilə əlaqələndirib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, nazir bu barədə feysbukda yazıb.

"Mən Kral Hərbi Hava Qüvvələrinin aviaşirkətinin xidmətlərindən istifadə etmək şərəfinə nail oldum. Tezliklə bu və ya oxşar təyyarədə "Challenger" tankları və rus işğalçısına son dərəcə zərərli olan digər şeylər Ukraynaya uçacaq. Ukrayna və onun müdafiə qüvvələri üçün bu gün çox faydalı gündür. Çox”, - Kuleba yazıb.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Britaniyanın müdafiə naziri Ben Uolles, kral III Çarlz və digər nüfuzlu şəxslərlə görüşəcək.

Zelenski Britaniyanın "Stansted" hava limanına enib. O, Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlib. Onu Böyük Britaniyanın Baş naziri Rişi Sunak qarşılayıb.

Məlumata görə, Britaniya hökumətinin başçısı Ukrayna qırıcı pilotları və dəniz piyadaları üçün genişləndirilmiş təlim proqramını, eləcə də Kiyevə uzaqmənzilli silahların tədarükünü elan edəcək.

Turan İSMAYIL