Türkiyədə zəlzələdə uçan binalara görə həbslər olacaq - Nazir AÇIQLADI

 17:35 08.02.2023     398

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində binaların uçmasına səbəb olan heç kim yaxasını qurtara bilməyəcək.

Redaktor.az TRT Haber-ə istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

"Kimsə səhlənkarlığa görə günahkardırsa, o, saxlanılaraq məsuliyyətə cəlb olunacaq", - deyə Bozdağ xəbərdarlıq edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində  6444 bina dağılıb.

Turan İSMAYIL