İmamoğlu zəlzələ bölgəsindən qovuldu - VİDEO

 18:37 08.02.2023     439

AKP-nin sabiq millət vəkili Nursel Kocabaş Reyhanlıoğlu zəlzələ bölgəsində araşdırmalar aparan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna sərt cavab verib.

Redaktor.az xəbər verir ki, o, İmamoğlunu təhqir edib. 

Reyhanlıoğlu bələdiyyə rəhbərinə deyib: "Rədd ol buradan, ingilis eşikağası. Özünü nümayiş etdirmə. Dövlət buradadır". 

Vəziyyətə müdaxilə etmək istəyən bəzi vətəndaşlar bələdiyyə sədrini sakitləşdirə bilməyib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu zəlzələ bölgəsinə yollanıb.