Rusiya 77 amerikalıya sanksiya tətbiq etdi
Buna cavab olaraq, Rusiya Kiyevdəki neonasist rejiminə silah tədarükündə iştirak edən 77 amerikalının ölkəyə girişini həmişəlik bağlayıb.
Redaktor.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Vaşinqtonun şəxsi sanksiyalar tətbiq edilən Rusiya vətəndaşlarının siyahısını davam etdirməsinə cavab olaraq, 77 amerikalı üçün Rusiya Federasiyasına giriş həmişəlik bağlanıb”,- diplomatik xidmət bildirib.
“Qarşılıqlılıq prinsipinə əsaslanaraq, bu dəfəki “stop siyahısı”na ştatlarda dövlət qurumlarına, bir sıra federal departamentlərə, eləcə də Kiyevdəki neonasist rejimini silahla təmin edən şirkətlərə rəhbərlik edən ABŞ vətəndaşları daxildir. Sanksiyalar təkcə anti-Rusiya kursunun formalaşmasında və həyata keçirilməsində iştirak edən siyasətçilər və məmurlara deyil, həm də onların ailə üzvlərinin bəzilərinə təsir edib”,- Rusiya XİN əlavə edib.
Siyahıya ABŞ-ın bir sıra qubernatorları və ştat nümayəndələri, hərbçilər, şirkət rəhbərləri və onların qohumları daxildir.
Departamentdən qeyd olunub ki, Vaşinqtonun Moskvaya qarşı düşməncəsinə hərəkətləri cavablandırılacaq və ABŞ-ın özünə bumeranq kimi zərbə endiriləcək: “Biz Vaşinqtonda daha yaxşı assimilyasiya üçün bir daha vurğulayırıq ki, Rusiyaya qarşı istənilən düşmənçilik hərəkətləri, o cümlədən sanksiyalar spiralının sökülməsi dəf edilərək ABŞ-ın özünə bumeranq kimi zərbə endiriləcək”.
Tunar Altunbay