Ruslar Çerniqovu vurdu - Ölən və yaralı var

 22:55 08.02.2023     248

Rusiya ordusu Çerniqov vilayətini atəşə tutub.

Redaktor.az xəbər verir ki, bu barədə "Suspilne" nəşri məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri Çerniqov vilayətinin Semenivka kəndi ərazisinə iki raket atıb. Raketlər sənaye binasına düşüb, nəticədə bir nəfər ölüb, daha iki nəfər yaralanıb.