Bayden yenidən prezident olmaq istəmir?
ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü ikinci müddətə dövlət başçısı olmaq üçün namizədliyini irəli sürəcəyini bildirsə də, hələlik “qəti qərar” vermədiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ lideri “PBS NewsHour”a müsahibəsində deyib.
“Hələlik bu qərarı verməmişəm. Bu mənim niyyətimdir. Düşünürəm, ancaq hələlik bu qərarı qəti verməmişəm”, - dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden hələ ötən ilin noyabr ayında 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını bildirmişdi. Lakin Prezident yekun qərar verməyə tələsmir, çünki siyasətçi bunu “ailəvi qərar” hesab edir.