13 yaşlı uşağın möcüzəvi xilası
Kahramanmaraşda baş vermiş güclü zəlzələ nəticəsində Hatayın Kırıkhan rayonunda 6 mərtəbəli bina uçub.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, binada aparılan axtarış-xilasetmə əməliyyatları zamanı ekskavatorçunun həssas davranışı diqqət çəkib.
Belə ki, ekskavatorçu dağıntılar arasından betonu götürərkən hərəkət hiss edib. O, dərhal xilasedici qrupları məlumatlandırıb. Nəticədə operatorun diqqəti sayəsində 13 yaşlı Enes yaralı halda dağıntılar altından xilas edilib.