Bayden yoxlamalar zamanı tapılan sənədlərdən danışdı
ABŞ prezidenti Co Bayden evlərini və ofislərini yoxlamalar üçün könüllü açdığını və ABŞ rəsmilərini dəvət etdiyini deyib.
Redaktor.az xəbər verir ki, Amerika liderinin sözlərinə görə, onun evində və ofislərində saatlarla axtarış aparılıb.
"Mənim bildiyimə görə, onların tapdıqları 1974-cü ilə aid sənədlərdir. Bəlkə də bilmədiyim başqa bir şey var",- deyə Bayden axtarışlara barədə danışarkən vurğulayıb.
Yanvarda məlum olub ki, Pensilvaniya Universitetinin dəstəyi ilə açılan Vaşinqtonun Baydenlə əlaqəli beyin mərkəzinin binasında məxfi sənədlər toplusu tapılıb. Onlar Baydenin ABŞ-ın vitse-prezidenti olduğu vaxta təsadüf edir.
Ağ Evin məlumatına görə, sənədlər 2022-ci ilin noyabrında dövlət başçısının vəkilləri tərəfindən aşkar edilib. Sənədlər Baydenin prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi ofisdə yerləşirdi.
Daha sonra Baydenin evində də gizli sənədlər tapılıb.
Tunar Altunbay