Kim Çen In qızı ilə paradda iştirak etdi
Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə Koreya Xalq Ordusunun yaradılmasının 75 illiyi münasibətilə qitələrarası ballistik raketləri nümayiş etdirilən “taktiki nüvə qüvvələri” bölmələrinin iştirakı ilə keçirilən hərbi paradda iştirak edib.
Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı "Koreya səsi" radiosu məlumat yayıb.
KXDR liderinin yanında bir neçə məmur, o cümlədən Dövlət Şurasının sədr müavini və baş nazir Kim Dok Hun, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Hərbi Komissiyasının sədr müavini dı olub.
Paradda Kim Çen Inın qızı da fəxri qonaq qismində iştirak edibl.
KXDR liderinin qızı son vaxtlar bütün mühüm tədbirlərdə atasını müşayiət edir ki, bu da bütün dünyada müşahidəçilərin marağına səbəb olub.
Paradda nümayiş etdirilən xüsusi silah növləri ilə bağlı təfərrüatlar verilmir.
Yalnız qeyd olunur ki, parada “taktiki raketlərin ekipajları, uzaqmənzilli qanadlı raketlər, taktiki nüvə qüvvələrinin hissələri cəlb olunub.
Paraddan fotolar, o cümlədən silahlar hələ dərc edilməyib.
Bununla belə, Yer kürəsinin peyk şəkillərini təqdim edən Amerikanın “Maxar” şirkəti Twitter-də hərbi parad olduğu iddia edilən iki şəkli dərc edib. Fotoda bir neçə böyük raket əks olunub, lakin onların tipini müəyyən etmək mümkün deyil.
Müşahidəçilər daha əvvəl qeyd ediblər ki, paradda yeni qitələrarası ballistik raket nümayiş etdirilə bilər.
Tunar Altunbay