Makron Zelenskini Fəxri Legion ordeni ilə təltif etdi - VİDEO

 10:24 09.02.2023     272

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini Fransanın ən yüksək mükafatı olan “Şərəf Legionu” ordeni ilə təltif edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, öz Twitter səhifəsində məlumat yerləşdirib.

"Mən Ukraynaya və onun xalqına ehtiramımı bildirirəm. Volodimir, sizin cəsarətinizə və qətiyyətinizə hörmətimi bildirirəm",- Makron yazıb.

Redaktor.az xəbər verir ki, Zelenski dünən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşmək üçün Parisə gəlib.

Onun cümə axşamı Brüsseldə planlaşdırılmamış Aİ sammitində iştirak edəcəyi gözlənilir.

Tunar Altunbay