Musiqiçi ailəsi ilə birlikdə zəlzələnin qurbanı oldu - FOTO
Türkiyənin Adıyaman bölgəsində 42 yaşlı türk xalq musiqi sənətçisi Əziz Taştan həyat yoldaşı və iki qızı ilə birlikdə Kahramanmaraşda baş vermiş zəlzələdə həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, sənətçi Əziz Taştan və həyat yoldaşı Özgür, 15 yaşlı qızı Nujin və 5 yaşlı Şirinin dağıntılar altından cəsədləri çıxarılıb.
Ailə Adıyaman Karapınar qəbiristanlığında torpağa tapşırılıb.